2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

ABŞ nümayəndə heyəti Myanmadadır

Birləşmiş Ştatların nümayəndə heyəti Rohinca müsəlmanlarına qarşı zorakılıqlarına son qoyulması və uzunmüddətli həll yoluna dəstək olması məqsədilə bu gün Sittvidə Myanma rəsmiləri ilə görüşüb.

ABŞ dövlət katibi yardımçısının müavininin başçılıq etdiyi heyət Myanmaya Birləşmiş Ştatların BMT-nin Təhlükəsizlik Şurasına böhranla bağlı güclü və qəti addımlar atılmalı olduğu ilə bağlı xəbərdarlığından sonra yola düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Çərşənbə günü isə Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens Myanmadakı münaqişənin regionda və dünyada sülhə hədə olduğunu deyib.

Keçən aydan bəri 400 minə qədər etnik Rohinca müsəlmanları ştatda baş qaldıran zorakılıq və irqçilik səbəbindən qonşu Banğladeşə qaçmağa məcbur olub.

Çərşənbə axşamı paytaxt Neypitavda Myanmanın dövlət müşaviri vəzifəsini icra edən Nobel Sülh Mükafatı laureatı ölkəsinin beynəlxalq nəzarətdən qorxmadığını deyib.

“Biz ştat daxilində sülh, sabitlik və qanunun aliliyinin bərpasına çalışırıq. Təhlükəsizlik qüvvələrinə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davranış qaydalarına riayət, bütün zəruri məhdudiyyətlərin tətbiq edilməsi və günahsız mülki vətəndaşlara zərərin dəyməməsi üçün bütün tədbirlərin həyata keçirilməsi tapşırılıb” deyə, o bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button